Səlim Müslümovun yaxın qohumları İŞDƏN ÇIXARILDI

1119
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslümovun nazirlikdə uzun illər işləmiş bir neçə qohumunu işdən çıxarıb.

BakuPost xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirin müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: "Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".

Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər