Ru
15:44 / 21 Yanvar 2019

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

2592
 


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.


BakuPost-un məlumatına görə nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev Report-a bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.


Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar - Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir. 


Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər