Sərnişin avtobusu traktorla toqquşdu - Yaralılar var

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BakuPost.az "Report”a istinadən xəbər verir ki, hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.

7 saylı şəhərlərarası marşrut üzrə işləyən "Qazel” markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər