Səudiyyə Baş Prokurorluğu Qaşıqçının qətlinə görə 5 nəfərin EDAMINI İSTƏDİ

1153

Səudiyyə Ərəbistanı Baş Prokurorluğu jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı edam cəzası istəyib.

BakuPost yerli mətbuata istinadən xəbər verir ki, prokuror cinayətdə iştirak edən, qətl təlimatını verən 11 şübhəlidən 5-nin edam olunmasını tələb edib.

Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.





 

 

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər