Səudiyyəli jurnalist Türkiyə ilə Amerikanı qarşı-qarşıya qoydu - “Dəlilləri varsa versinlər!”

889
"Əgər Türkiyədə doğrudan da jurnalistin öldürülməsi ilə bağlı səs və ya videogörüntülər varsa onu bizə vermələrini istədik”.

BakuPost xəbər verir ki, bu sözləri Amerika prezidenti Donald Tramp deyib. O bildirib ki, bir jurnalistə görə Səudiyyə Ərəbistanı ilə aralarındakı münasibəti pozmaq istəmir.
 
Tramp qeyd edib ki, əgər Türkiyənin əlində Camal Kaşıkçının konsulluqda öldürülməsinə aid bir dəlil varsa bu həftə sonuna qədər onu Amerikaya təhvil verəcəklər.
 
Qeyd edək ki, sosial şəbəkələrdə vəliəhd şahzadə Muhammed bin-Salmanın cəlladları tərəfindən parçalanaraq öldürülən Camal Kaşıkçıya aid olduğu iddia edilən görüntülər yayılıb.

Doğranmış cəsəd parçalarının həqiqətən jurnalistin cəsədinə aid olduğu hələlik digər mənbələrdən təsdiqlənməyib.
 



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər