Şirvanda dəhşətli yanğın - 2 uşaq öldü

291
Şirvan şəhərində evdə yanğın olub.

BakuPost-a FHN-dən verilən məlumata əsasən, noyabrın 8-də saat 20:50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Şirvan şəhərində fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 20:54-də hadisə yerinə çatıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatanda evdə açıq alov müşahidə olunurdu.

Yanğın nəticəsində ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Əbilov Məhəmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheydər Ramil oğlunun meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının səbəbi araşdırılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər