Ru
12:42 / 23 Yanvar 2019

Siyasi partiyalar illik maliyyə hesabatı verir

2227
 


Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2018-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.


Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.


Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Artıq bir neçə partiya maliyyə hesabatını təqdim edib.


Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 46-sı 2017-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 9 partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib. (Report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər