SOCAR-ın satışa çıxardığı yağ - FOTO

SOCAR bu yaxınlarda bazara mühərrik və sürtgü yağları çıxaracaq.
 
BakuPost.az xəbər verir ki, bu barədə "APA-Economics"ə bu sektorda fəaliyyət göstərən şirkətlərdən birinin rəsmisi bildirib.
 
Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, məhsullar elə SOCAR brendi ilə bazara tanıdılacaq: "Artıq məhsulların qablaşdırılması və markalanması prosesi başa çatmaq üzrədir. Məhsullar bir müddət sonra bazara çıxarılacaq".
 
Bildirilir ki, məhsullar və onların qiyməti rəqabətqabiliyyətli olacaq.
 
Mənbənin sözlərinə görə, məhsulların istehsalı zamanı istifadə olunan xammal həm yerli bazardan, həm də "Lukoil" şirkətindən alınacaq.
 
SOCAR məsələyə münasibət bildirməyib.
 
BakuPost.az SOCAR-ın bazara çıxardığı yağların fotosunu əldə edib. Məlumatlı şəxslər bildirir ki, bu məhsul, eyni qablaşdırma ilə əvvəllər "Lukoil” brendi ilə satışda olub.

Fotonu təqdim edirik:
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər