Ru
21:50 / 18 Noyabr 2018

Sumqayıtda körpə uşağın üzərinə qaynar su dağıldı

2151
Sumqayıt şəhərində 1 y aş7 aylıq körpənin üzərinə qaynar su dağılıb.


BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə 3-cü mikrorayon ərazisində baş verib.


2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rəhimova Məlahət Kamran qızı yaşadığı 3-cü mk, ev 18/33a, mənzil 21-də qaynar sudan yanıb. Onun üzərinə içi dolu çaydan dağılıb.


Azyaşlı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Körpə vəziyyəti hazırda qənaətbəxşdir.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər