Sürüşmə baş verən ərazidən FOTOLAR

1034
Bakıda Badamdar - 20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

BakuPost Trend-ə istinadən xəbər verir ki, eyni zamanda, 2013-cü ildə tikilən divarlarda deformasiyalar əmələ gəlib. Sürüşmə qaşından təxminən 2-10 metr məsafədə - Badamdar istiqamətdə fərdi yaşayış evləri, yeni tikililər var.

Sürüşmə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti dayandırılıb.

Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır.

Səbail rayon İcra Hakimiyyəti dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
 
 
 
 
 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər