Ru
11:16 / 19 Oktyabr 2017

“BakuBus”da çətin anlar - VİDEO

1068
Bakıda taksi sürücüsü qaydanı pozduğu üçün avtobus sürücüsünə və sərnişinlərə gərgin anlar yaşadıb.


BakuPost.az xəbər verir ki, hadisənin görüntülərini "Bakubus” MMC-nin mətbuat katibi Mənsur Piriyev yayıb. Qeyd edib ki, hadisə oktyabrın 16-sı saat 14:00 radlərində olub. Belə ki, 3 nömrəli xətt üzrə hərəkət edən "BakuBus”a məxsus avtobus İnşaatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətində hərəkət edən zaman arxadan gələn taksi qəfil dönmə hərəkəti edib. Bununla da həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını təhlükəyə atıb: "Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün "BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur”. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər