Tanınmış cərrah “Çöldə yaşam öyüdləri”ndə - Özü haqda maraqlı faktları açıqladı/ VİDEO

Tanınmış cərrah-həkim Kamran Musayev Qubanın İspik meşəsində qurulan çölçü obasında "Çöldə yaşam öyüdləri” verilişinin qonağı olub.

BakuPost.az xəbər verir ki, o, verilişdə öz uğur hekayəsini danışıb. Verilişin müəllifi, rejissor  Eltən Qədimbəyliylə sual cavab əsasında çəkilən "Çöldə yaşam öyüdləri”ndə ilk sual Kamran Musayevi  hazırda bacarıqlı ürək-damar cərrahı kimi tanıdan, onu bu ixtisasa motivasiya edən öyüdlərin nə olduğu olub. Kamran Musayev bunun onun uşaqlıq illərində yaşadığı  "ən ülvi və əlçatmaz” duyğularıyla bağlı olduğunu bildirib və bununla bağlı xatirələrini danışıb. 

Eltən Qədimbəylinin "Çölçülərə görə gəlişmək istəyənlər özləri kimilərinin də gəlişməsinə yardım etsələr, toplum da gəlişər. Çağdaş dünyada elmi və ciddi işlər çox az populyardı. Gündəmi dayaz və şou dolu görülən işlər məşğul edir. Bunun da günahını ziyalılarımız, intellegentlərimiz kütlədə görür. Amma biz müşahidə edirik ki, ziyalılar və ciddi adamlar bir-birlərinin işini çox az dəstəkləyirlər” fikrinə də "Çöldə yaşam öyüdləri”nin qonağının maraqlı münasibəti olub.

Söhbət ocaqda maraqlı üsulubda hazırlanan qəhvə ilə davam edib. 

Bir insanın fiziki və intellektual tənbəlliyinin onun sağlamlığı üçün nə dərəcədə zərərli olduğu haqqında da düşündürücü fikirlər səsləndirilib. Həkim qonağın insan həyatında buraxılan səhvlərin təcrübəyə dönüşməsi, uğura necə aparması  haqqında dediyi fikirlərdən onun uğurunun sirri açılır. Verilişin yaradıcısının  "Bizə görə insanlar iki qurupa: niyə yaşadığını bilənlər və bilməyənlərə ayrılır. Kamran həkim, siz niyə yaşayırsız?” sualına da urək-damar cərrahının yadda qalan cavabı olub. 

Söhbət zamanı Kamran Musayev özü haqqında hələ heç kimə demədiyi və heç kimin bilmədiyi maraqlı faktları açıqlayıb.

Məlumat üçün bildirək ki, "Çöldə yaşam öyüdləri” verilişinin əvvəlində və sonunda alt fon musiqi gənc musiqiçi Altun Zeynalova məxsusdur.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər