Tanınmış gürcü aktrisa mənzilində ölü tapıldı

Tanınmış Gürcüstan aktrisası Lika Kavjaradze Tbilisidə yaşadığı mənzildə ölü tapılıb.
 
BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, 58 yaşlı aktrisanın ölümünün səbəbi barədə rəsmi məlumat verilmir. Gürcüstan Daxili işlər nazirliyindən faktla bağlı araşdırma aparıldığını bildiriblər.
 
Gürcüstanın Birinci kanalı Kavjaradzenin yaxınlarına istinadən onun ürəktutmasından vəfat etdiyi barədə məlumat verib.
 
Qeyd edək ki, karyerası ərzində onlarla filmə çəkilən Lika Kavjaradze Tenqiz Abuladzenin 1976-cı ildə lentə aldığı "Arzu ağacı” filmindən sonra məşhurlaşıb. 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər