Ru
20:47 / 17 Oktyabr 2017

Tanınmış həkimin evindən oğurluq edən şəxslər həbs edildi

888
Tanınmış uroloq-alim, professor Kamal Abdullayevə qarşı quldurluq edən dəstə üzvləri saxlanılıb.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, 4 nəfərdən ibarət dəstə üzvləri haqqında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Bildirilib ki, adları hələlik açıqlanmayan dəstə üzvləri həkimin evindən xeyli miqdarda pul və 20 min diollarlıq saatını oğurlayıblar.

 

Hazırda cinayət işi üzrə Binəqədi Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə bu il iyulun 29-da axşam saatlarında, K. Abdullayevin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evdə baş verib.

 

Dörd naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayaraq işgəncəyə məruz qoyublar. İlkin məlumata görə, həmin şəxslər evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər