Tanınmış rejissorda ağır xəstəlik tapıldı - Təcili əməliyyat...

6363
Tanınmış rejissor Şahin Qəhrəman təcili əməliyyat olunacaq.

BakuPost-a daxil olan məlumata görə, təsadüfi müayinə zamanı ona "xərçəng” diaqnozu qoyulub və təcili əməliyyata yazılıb. 

Əməliyyat 22 fevral tarixində özəl klinikalardan birində baş tutacaq. 

Rejissor xəbəri BakuPost-a açıqlamasında qismən təsdiqləyib: "Sidik kisəmdə şiş aşkar olundu. Bir neçə həkim dedi ki, bu, xərçəngdir. Amma sonra tanıdığım, güvəndiyim bir tanınmış həkimə getdim. O bildirdi ki, həmin şişin "xərçəng” olması ehtimalı azdır. Amma əməliyyat mütləq olmalıdır və həmin törəmənin nə olduğu əməliyyatdan sonra dəqiq bilinəcək. Ümid edirəm ki, hər şey yaxşı olacaq”. 

Məlumat üçün bildirək ki, 1979-cu il təvəllüdlü Şahin Qəhrəman "Dəfnə ağacı”, "Günəşim ol”, "Səni ürəyim sevdi”, hazırda ATV-də yayınlanan "Laləli saray” seriallarının və "Ögey ata” kinokomediyasının rejissorudur.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər