Ru
09:40 / 24 Noyabr 2017

Tanınmış teleaparıcı Almaniyaya sığındı: “40 illik həyatımı, 22 illik karyeramı sıfırladım!”

12768
Daha çox fəaliyyəti dayandırılan ANS TV-nin aparıcısı kimi  Tünzalə Rafiqqızı Azərbaycanı birdəfəlik tərk edib.

 

BakuPost.az xəbər verir ki, jurnalist Almaniyadan siyasi sığınacaq üçün müraciət edib. 


Bu barədə T. Rafiqqızının özü facebook hesabında yazıb. 


"Son dövrdə baş verən proseslər, peşə fəaliyyətimə olan təzyiqlər və sonda qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gətirib, bu hökumətdən sığınacaq istəməyə vadar etdi.


Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Men 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım! Mənən intihar etdim”.


Qeyd edək ki, T.Rafiqqızı ANS bağlandıqdan sonra "Space” telekanalında işə düzəlmişdir. Bir müddət sonra oradan qalmaqalla ayrılmışdı. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər