Ru
18:08 / 15 Noyabr 2018

Tbilisidə azərbaycanlıların yaşadığı mənzildə partlayış - 2 ölü, 3 yaralı / VİDEO

2744
Tbilisinin Zemo Poniçala qəsəbəsində bu gün səhər saatlarında doqquzmərtəbəli binada qaz sızması nəticəsində baş verən partlayışda azərbaycanlılar xəsarət alıblar.


BakuPost Report-a istinadən xəbər verir ki, xəsarət alan 3 nəfərin Məmmədovlar ailəsinin üzvləri olduğu bildirilir.


Onlar 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsidir.


Xəsarət alan gəncin qayınatası Namaz İbrahimov onların yerləşdirildiyi Yanıq Mərkəzinə baş çəkib. O, jurnalistlərə açıqlamasında hadisə barədə məlumatlı olmadığını bildirib: "Bizə klinikadan zəng vurdular. Uşağın anası Azərbaycandadır, ona qəza barədə məlumat vermişəm”.


Məmmədovlar ailəsinin üzvləri Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzin rəhbəri Guqi Kaşibadze bildirib ki, onlar ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri alıblar. 


Qeyd edək ki, Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Yanıq Mərkəzinə baş çəkib və partlayışda xəsarət alanların vəziyyəti ilə tanış olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər