Ru
10:51 / 13 Noyabr 2018

Təhsil müəssisələrinin akkreditasiyası pullu olacaq - RÜSUMUN MİQDARI

1785
Təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında” qanun ilə müəyyən olunacaq. 


BakuPost-un məlumatına görə, bu, Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda etdiyi dəyişikliklərdə əksini tapıb. 


Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə 3 il müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.


Dəyişikliyə əsasən bu sahədə müddətlə bağlı çərçivə ləğv olunub. Başqa sözlə, bu müddəanın yeni redaksiyasına əsasən, Təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.


Xatırladaq ki, 12 iyun 2018-c il tarixində "Təhsil haqqında” qanuna dəyişiklik edilib.  Dəyişikliyə əsasən təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək dövlətin təhsil sahəsində vəzifələri sırasına daxil edilib. Buna qədər dövlət müəssisələrinin akkreditasiyası üçün rüsum tələb olunmayıb.


Çingiz

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər