Ru
18:07 / 05 Dekabr 2017

Təhsil naziri vəzifəsini müvəqqəti olaraq bu şəxs icra edəcək

30874
Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.


Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 


"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", - deyə, nazirlikdən əlavə olunub.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər