Təhsil nazirinin təyin edilməməsinin İLGİNC SİRRİ

7021
Bir aydan çoxdur ki, Təhsil naziri postunun boş qalması məsələsi ciddi müzakirə mövzusuna çevrilib. Bir qisim şəxs hesab edir ki, hakimiyyətdaxili qruplaşmaların bu post uğurunda kəskin mübarizəsi yeni nazirin təyinatını gecikdirir. Başqa bir fikrə görə isə ölkə başçısı bu posta yaxından tanıdığı, etibar etdiyi şəxsi gətirmək istəyir, buna görə də  tələsmir.
 
"BakuPost"a daxil olan ilginc məlumatda isə gecikmənin tam başqa səbəblərlə bağlı olduğu bildirilir. Hökumətə yaxın dairələrdən sızdırılan xəbərə görə, yeni nazirin təyin edilməməsi heç də kadr məsələsilə bağlı deyil. Hökumət Təhsil Nazirliyinin strukturunu dəyişmək, bir sıra qurumları ona birləşdirməklə tam yeni nazirlik yaratmaq niyyətindədir. Bu planın həyata keçirilməsi üçün ciddi müzakirələr aparılır və yəqin ki yaxın günlərdə yekun qərar veriləcək.
 
Картинки по запросу AMEA
 
Təhsil Nazirliyinə birşlədiriləcək qurumlar arasında əsasən Azərbaycan Milli Elmlər Akademiyası və Gənclər və İdman Nazirliyinin adı çəkilir. Məlumata görə AMEA-nın əlahiddə bir qurum kimi fəaliyyət göstərməsi indiki halda məqsədə müvafiq hesab edilmir. Xatırladaq ki, bu qurumun ləğv və ya başqa qurumlara birləşməsi məsələsi xeyli əvvəl gündəmə gəlmişdi. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanırdı. Eyni zamanda AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlərin olduğu, struktur dəyişikliyinə, müəyyən fəaliyyət mexanizmini təkmilləşdirməyin vacibliyi bildirilirdi. 

Əsas məsələ isə Gənclər və İdman Nazirliyi ilə bağlıdır. Bu qurumun Təhsil Nazirliyinə birləşdirilməsini vacib hesab edən şəxslərin fikrinə görə, idmanın inkişafı Azərbaycanın prioritet məslələrindən biri olsa da, buna təhsildən əlahiddə bir sahə kimi baxmaq bir çox neqativlərə gətirib çıxarır. 
 
Təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı "BakuPost”a açıqlamasında bildirib ki, AMEA ilə Təhsil Nazirliyinin birləşdirilməsi məsələsi gündəmdə deyil:
 
 
"Təhsil Nazirliyi ilə AMEA-nın bir qurumda cəmləşməsi gözlənilən deyil. Çünki hətta bir çox görülən işlər görüntü xarakteri daşısa belə, AMEA rəhbərliyi xeyli islahat aparmağa çalışır. Bəzi işlər görürlər ki, bunlar bir növ təhsil sahəsinə aid olan məsələləri AMEA-nın öz üzərinə götürməsi kimi xarakterizə oluna bilər. AMEA rəhbərliyi bu birləşmə məsələlərini göz önünə gətirərək, təhsil istiqamətində xeyli qurumlar yaradır, təsisatlar formalaşdırır və s. Bir müddət əvvəl AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi ortaya çıxanda artıq sanki bir rəqabət mühiti formalaşdı. Universitetlərdə tədqiqatların kəmiyyət və keyfiyyətilə AMEA-dakı tədqiqatların kəmiyyət və keyfiyyəti arasında müqayisələr aparılmağa başladı. Düşünürəm ki, yaxın gələcəkdə AMEA-nın ləğvi nəzərdə tutulmur. AMEA dövlətin elm siyasətində özünəməxsus yer tutur. Eyni zamanda istər sosial, siyasi, elmi baxımdan müəyyən statusa malikdir. O, öz statusunu qorumağa çalışır”. 
 

Ekspert Gənclər və İdman Nazirliyi ilə də Təhsil Nazirliyinin birləşdirilməsini real hesab etmir: "Bunlar tamam fərqli sahələrdir. Gənclər və İdman Nazirliyini təhsil sferasına tam aid etmək mümkün deyil. Ayrıca qurum kimi fəaliyyəti daha məqsədəuyğundur”. 

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, AMEA ilə Təhsil Nazirliyini birləşdirmək xeyli çətinliklər yarada bilər:
 
Картинки по запросу fazil mustafa 
 
"AMEA-nın funksiyası ayrıdır, Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin ayrı. Əslində, AMEA ilə Təhsil Nazirliyi birləşdirilə bilər. Amma indiki məqamda bu ideyanın həyata keçirilməsi çətindir. Təhsil və Elm Nazirliyi yaranarsa, onda gərək, AMEA ləğv olunsun. O zaman da böyük çətinlik olacaq. Gənclər və İdman Nazirliyi ilə birləşmə iddiası isə inandırıcı deyil”.

İqtisadçı Natiq Cəfərli Təhsil Nazirliyi ilə digər bir qurumun birləşdirilməsinin büdcə üçün də xeyirli olacağını düşünür:
 
Картинки по запросу natiq cəfərli 
 
"Təhsil Nazirliyi çox strateji nazirlikdir. Onun Gənclər və İdman Nazirliyi ilə birləşdirilməsi doğru yanaşma olmazdı. Çünki Təhsil Nazirliyi strateji məsələlərlə məşğuldur. Təhsil çox ciddi istiqamət olduğu üçün belə birləşməni effektiv saymaq olmaz. Amma elmlə təhsili birləşdirmək olar. Yəni AMEA ilə Təhsil Nazirliyini birləşdirmək, elmi işin universitetlərə ötürülməsinə edilməsinə start vermək, elmlə təhsili birləşdirmək lazımdır. Bu, daha ciddi effekt verər. Çünki bizdə elm istehsalatdan, iqtisdiyyatdan tamam ayrı fəaliyyət göstərir. Elmi nailiyyətlərin istehsalatda, iqtisadiyyatda tətbiqini biz görmürük. Bu iki qurumu birləşdirib Elm və Təhsil Nazirliyi yaratmaq daha məqsədəuyğun olar”.
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər