Ru
20:48 / 20 Fevral 2019

Ötən il Gürcüstanda tələbə olub 806 azərbaycanlı

2110
Ötən il Gürcüstanın
ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş "1+4” proqramı üzrə 806
azərbaycanlı abituriyent tələbə adını qazanıb. Onların 96-sı 100 faizlik
qrantla ali məktəblərin gürcü dili üzrə hazırlıq kurslarında təhsil alır.
Qrantın ümumi büdcəsi 225 min laridir (85 min dollar). BakuPost-un Azərtac-a istinadən məlumatına görə, bu fikirlər Tbilisidə Gürcüstanın Vətəndaş Bərabərliyi
və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət
planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində səsləndirilib.   Bildirilib ki,
2018-ci ildə "1+4” proqramı ilə universitetlərə qəbul olunan tələbələrin sayı
illik müqayisədə 184 nəfər artaraq 1231 nəfər təşkil edib.   Qeyd olunan proqram
üzrə təhsil alan milli azlıqları təmsil edən 142 tələbə mərkəzi və yerli dövlət
qurumlarında təcrübə proqramında iştirak ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər