Ru
16:26 / 11 Dekabr 2017

Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdi - Polislə toqquşma

717

Ukraynada "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin məhkəməsi prosesinin keçirildiyi binada insident baş verib.

 

BakuPost.az xəbər verir ki, siyasətçinin tərəfdarları zor gücünə binaya daxil olmaq istəyirlər. Onların pirotexniki vasitələrdən istifadə etdiyi bildirilir. Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. 



Polis binaya girişi bağlayıb. Nə Saakaşvili tərəfdarları, nə də onun partiyasının üzvləri məhkəmənin olduğu binaya buraxılır. 


Onlarla insan hazırda sözügedən binanın yaxınlığında mitinq keçirir, arabir "Birbırçılıq” şüarı səsləndirilir və tərəfdarlarının məhkəmə zalına buraxılması tələb olunur. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər