Terrorçular necə basdırılmalıdır?

639
Terrorçuların cənazələri verilməyəcək və dəfn yeri açıqlanmayacaq. 

BakuPost-un məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.
 
Qaydalara əsasən, kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr  tərəfindən həyata keçiriləcək. Kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri də bələdiyyələr tərəfindən ödəniləcək. Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi bu Qaydaların tələbləri gözlənilməklə, onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

 Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə-tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər