Ru
22:15 / 16 Oktyabr 2017

Tısbağadan kamança düzəldən ustadan daha bir ixtira - VİDEO

2154
Bakı Musiqi Akademiyasında qədim musiqi alətlərimizin bərpası və təkmilləşdirilməsi işi ilə məşğul olan Musa Yaqubov illərdir ki, emalatxanasında köhnəlmiş musiqi alətlərini bərpa edir. 


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu dəfə o, ay-ulduz formasında tar və kamança düzəldib.


Musa usta deyir ki, tarın fərqliliyi yalnız onun formasındadır. Notları və ələ yatımlılığı isə elə adi tarlar kimidir.


Ustanın hazırladığı tar və kamançaya maraq böyükdür. Hələ ki, onu satmağı düşünməsə də, xarici ölkələrdən hazırladığı alətləri almaq istəyənlər də var.


Musa usta bundan əvvəl qeyri-adi bir kamança da hazırlayıb, amma ağacdan yox, tısbağa qınından. O tarixi yaşatmağı özünə peşə seçib. Bundan sonra da qədim musiqi alətlərimizə orijinal forma verməyə davam edəcəyini deyir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər