Ru
10:15 / 18 Noyabr 2017

Torpaq sürüşməsi zamanı fəhlə 3 metr dərinlikdə qalıb - FHN açıqlama yaydı

1279
Fövqəladə Hallar Nazirliyi Zığ yolu yaxınlığında baş verən torpaq sürüşməsi ilə bağlı məlumat yayıb.


Nazirlikdən BakuPost.az-a daxil olan xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu, təxminən 3 m dərinlikdə torpaq altında qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. 


Mürakkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Görülmüş təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə.Bağırzadə xilas olunub. Əməliyyat başa çatıb.

Torpaq sürüşməsi zamanı fəhlə 3 metr dərinlikdə qalıb -  FHN açıqlama yaydı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər