Ru
16:41 / 11 Yanvar 2018

Tovuzda meyvə bağı məhv edildi - 400 ağacı baltalayıblar/ VİDEO

2145
Tovuz sakininin 4 il əvvəl saldığı meyvə bağı məhv edilib.


"BakuPost" ARB TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Cəlilli kəndində baş verib.


Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdəsindən baltalayıb. Təsərrüfat sahibi bundan səhər saatlarında, ağaclara qulluq etmək üçün bağa girəndə xəbər tutub və 400-dən çox ağacın məhv edildiyini görüb.


Zərərçəkən Novruzəli Fərzəliyev bildirib ki, ağaclar bu il bar verəcəkmiş: "Ağaclara 4 ildir ki, qulluq edirdim və növbəti mövsüm bar verəcəkdi. Hər ağacın birinə 5 manat vermişdim. 320 ağacımı məhv etmişdilər".


Artıq məsələnin araşdırılması ilə rayon polisi məşğuldur. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər