Ru
12:30 / 14 Noyabr 2018

Traktorçulara yeni sürücülük vəsiqələri veriləcək - FOTO

22504
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da dəyişikliklər edib. 


BakuPost-un məlumatına görə, bu Təlimat Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı qaydaları müəyyən edir.


İmtahanlara, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış təhsil müəssisələrini və kurslarını bitirib traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisası alan 18 yaşına çatmış şəxslər buraxılırlar. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə şagirdlərə verilən şəhadətnamə həmin texnikaları idarə etmək hüququ vermir, şəhadətnamə müvafiq kateqoriyalı traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin (texnika sürücüsü vəsiqəsi) alınmasına görə imtahanlara buraxılmaq üçün Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinə təqdim olunur. 


Təlimatda edilən dəyişiklik isə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücüsü vəsiqəsi ilə bağlıdır. Dəyişikliyə əsasən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqəsinin nümunəsi ləğv olunur. Bu qərar gələn il yanvarın 1-də qüvvəyə minəcək. Başqa sözlə,  gələn il yanvarın 1-dən yeni nümunə əsasında traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələri veriləcək. 


Yeni texnika sürücü vəsiqələrində də bütün texnikalar tipindən, təyinatından və idarəetmə xüsusiyyətindən asılı olaraq "T”, "TK”, "TT”, "H”, "HT” və "HK” kateqoriyalarına bölünəcəklər. Bu kateqoriyalara aid olan texnikaların idarə edilməsi üçün sürücülərə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqəsi veriləcək. 


Yeni texnika sürücü vəsiqəsinin nümunəsini Nazirlər Kabineti təsdiq edəcək. 


Qeyd edək ki, hazırda verilən texnika sürücüsü vəsiqəsinin üz tərəfi açıq bənövşəyi və mavi-yaşıl rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və təkərli traktorun təsviri, arxa hissəsi isə yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət 86x54 mm ölçüdə plastik kart formasında hazırlanır. Texnika sürücüsü vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – "AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:


- sahibinin soyadı;

- sahibinin adı və atasının adı;

- sahibinin doğum tarixi və yeri;

- sahibinin yaşayış yeri;

- vəsiqəni vermiş orqanın adı;

- vəsiqənin verilmə tarixi və yeri;

- vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

- vəsiqənin nömrəsi;

- vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;

- sahibinin qan qrupu və imzası;

- xüsusi qeydlər;

- idarə etməyə icazə verilən traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyaları.


Texnika sürücüsü vəsiqəsində traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyalarına dair aşağıdakı məlumatlar qeyd edilir:


"T”  - təkərli traktorlar, 14 kN /1.4 d g/ sinfinə kimi;

"TK” - təkərli traktorlar, 14 kN /1,4 d g/ sinfindən yuxarı;

"TT” - tırtıllı traktorlar;

"H”  - mexaniki transmissiyalı özügedən maşınlar;

"HT”- hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər;

"HK” - meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar.

 

 


BakuPost
Şərhlər
  • Vasif

    Salam men traktor suruculuk vesiqemi itirmiwem nece elde ede bilerem

  • Toğrul Muradov

    Salam axşamınız xeyir olsun necəsiz mən bir şeyi xayiş edrə sizdə bütün traxtır hamsın sürücülük vəsiqəsi necə ala bilərəm kömək edə bilər siz

  • Məhəmməd

    Prava necə alım?

  • Ramil hüseynov

    Salyan rayonu

  • Ramil hüseynov

    Salyan rayonu

  • Velizade cavid

    Ekskavator isdede billem prava almaq isdiyirem

  • Sahib memedov

    Salam menim hevesim yükleyici volva tipli ve sair yükleyici sepli texnikalaridi ve men bu texni kanin sürücülüy vesiqesin almaq isleyirem en esasi onu idara etmeyi öyrenmey isdeyirem hara müreciyet edim 077 407 73 11 bilen var mene de desin

  • Cosqun Hesenov

    Surucluk vesiqemin heqiqiliyni yoxlamaq isdyrem

  • Cosqun Hesenov

    Cosqun123

  • Röyal əliyev

    Bakı

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər