Trampdan Türkiyəyə daha bir zərbə - Gömrük vergisini iki dəfə artırdı

1814
ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

BakuPost.az xəbər verir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: "Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Yeri gəlmişkən, ABŞ daha əvvəl Çindən gətirilən mallara 25% rüsumlar tətbiq etmişdi. Buna cavab olaraq Pekin də Amerika məhsullarına eyni ölçüdə rüsumlar tətbiq etdi.

Trampın sözlərinə görə, ABŞ 2017-ci ildə beynəlxalq ticarətdə 817 milyard dollar itirib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər