Türk Akademiyasının prezidenti Azərbaycan xalqını təbrik etdi

921
Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli Azərbaycan xalqını Dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib.

BakuPost.az xəbər verir ki, təbrikdə deyilir: "18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə qardaş Azərbaycan xalqını təbrik edir, sülh, əmin-amanlıq, inkişaf və rifah arzulayıram! Azərbaycanın müstəqilliyi sarsılmaz və əbədi olsun!” Xatırladaq ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb.
 
2014-cü ildə beynəlxalq təşkilat statusu alıb. Təşkilatın əsas missiyası türk dünyasının qədim dövrdən müasir günümüzədək olan tarixi, dili, mədəniyyəti, ədəbiyyatı ilə bağlı araşdırmalar etmək, sosial və humanitar elmlər sahəsində müasir tədqiqatlar aparmaqdır. Həmçinin, TWESCO türkdilli dövlətlər arasında elmi tədqiqatların koordinasiyasını həyata keçirən əsas beynəlxalq qurumdur. Təşkilat indiyədək türk dünyası, o cümlədən Azərbaycanla bağlı önəmli tədqiqatlar həyata keçirib.
 
Türk Şurasının bu il Bişkekdə keçirilən son sammitində TWESCO tərəfindən təqdim olunan "Türkdilli dövlətlərin inteqrasiyası konsepsiyası” üzv ölkələrin dövlət başçılatı tərəfindən imzalanıb".
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər