Ru
17:16 / 19 Yanvar 2018

Türkan Şorayı, Tarık Akanı məşhur edən yarışma Azərbaycanda - Seçimlər başlayır

2032
Türkiyənin məhşur "Sinemanın kral və kraliçası”: II sinema güzeli yarışması” layihəsinin  Azərbaycan seçiminə  start veriləcək.


"BakuPost” xəbər verir ki,  Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi  məhşur sənətçilərin  də ötən əsrdə iştirak etdiyi  və "Sinemanın  Kral və Kraliçesi: II Sinema Güzeli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılacaq. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənclər iştirak edəcək. "Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaqlar. Onlar birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar. Türkiyə,  bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.  


Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. 


Qeyd edək ki, ötən əsrin 70-ci illərində Türkiyənin "Artist” və "Səs”  jurnallarının həyata keçirdikləri "Sinema Gözəli” yarışı ilə "Yeşilçam”ın  bir çox  istedadlı gəncləri  məhşur aktyor və aktrisalar  kimi tarixə düşüblər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakültəsinin məzunu Dilara Gülsün Meydancı "Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə "Kral” oldu. 


Seçim turu: 21 yanvar, 2018-ci il-də Pullman Hoteldə saat 14:00-17:00 arası keçiriləcək.


Münsiflər heyətində olacaq şəxslər aşağıdakılardır:


Atila Kaplakarslan

Hakan Solaker

Arif İşık

Ceren Kaplakarslan

Tamer Karadağlı

Osman Avni Kütükoğlu 

Vilma Elles 

Arif Kerem Göğüş

Caner Budak

Vüsalə Səid Eyyubqızı

Məlahət Abbasova 

Gülnarə Xəlilova.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər