Türkiyə ayaq üstə - Seçkilər başladı

1306
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

BakuPost-un məlumatına görə, yerli vaxtla saat 08:00-dan etibarən səsvermə başlayıb. Səsvermə axşam saat 17:00-a qədər davam edəcək. Bu gün 56 milyon 342 min 263 vətəndaş səs verəcək. Onlardan 1 milyon 650 min 171 nəfəri ilk dəfə səsvermə hüququ qazananlardır.

Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün isə 60 ölkədə 123 seçki təmsilçiliyi yaradılmışdı. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün 13 gün müddətində fəaliyyət göstərən məntəqələrdə səsvermə artıq başa çatıb.

Ölkə xaricində səs verənlərin sayı 1 milyon 486 min 532 nəfərdir.  Xarici ölkələrdə seçicilərin 48.78 faiz fəalliq göstərdiyi bildirilib.

Prezident seçkisində 6 namizəd iştirak edir. AKP və MHP-nin birlikdə qurduğu "Cumhur İttifaqı” hazırki prezident Rəcəb Tayyib Ərdoğanı, CHP Muharrem İnceni, HDP isə Selaheddin Demirtaşı namizəd olaraq göstərib. İYİ Partiya başqanı Meral Akşener, Səadət Partiyası başqanı Temel Karamollaoğlu Vətan Partiyası başqanı Doğu Perinçek 100 min seçicinin imzasını toplayaraq prezidentliyə namizəd olub.

Bundan başqa, Türkiyə vətəndaşları bu seçkidə 550 əvəzinə 600 millət vəkili üçün səs verəcək. Parlament seçkilərində AKP, CHP, HDP, HÜDA PAR, İYİ Partiya, MHP, Səadət Partiyası və Vətən partiyası iştirak edir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər