Ru
22:04 / 20 Noyabr 2018

Türkiyə həbsxanalarında nə qədər azərbaycanlı məhkum var?

2991
Türkiyə həbsxanalarında olan azərbaycanlıların sayı açıqlanıb.


BakuPost xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin açıqladığı statistikada bildirilir. Məlumata görə, Türkiyə həbsxanalarında 171 azərbaycanlı var.

Nazirliyin xəbərinə görə, həbsxanalarda olan əcnəbilərin 40 faizini suriyalılar təşkil edir. Onların sayı 3102-dir.


Nazirlik həbslərin əsas səbəblərini də açıqlayıb. Bunlar əsasən narkotik maddələrin qanunsuz dövriyyəsi, terror və oğurluqdur. Adam öldürmə, yaralama, qəsb etmə, yağmalama, cinsi istismarla bağlı cəzalar da bu sıradandır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər