Ru
23:35 / 19 Oktyabr 2017

Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv etdi

465
Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.


BakuPost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Məlumatda qeyd olunur ki, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraqın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilən PKK terrorçularının sayı 24-ə çatıb.


Eyni zamanda PKK terrorçuları Mardin vilayətinin Darkeçid rayonunda 4 nəfəri oğurlayıb. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər