Ru
12:25 / 16 Yanvar 2018

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

635
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akara ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.


BakuPost.az report-a istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq. 


Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.


Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.


Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin toplantısı keçiriləcək.


ABŞ terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-dən ibarət 30 minlik "qoşun” qurmaq niyyətindədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər