Türkiyədə də havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
BakuPost-un məlumatına görə ölkə ərazisində havanın kəskin dəyişəcəyi, qar və güclü külək təhlükəsinin olduğu bildirilib. Xəbərdə küləyin sürətinin 30-50 km/saata çatacağı, bəzi bölgələrində güclü şaxta düşəcəyi və qar yağacağı bildirir.
Qeyd edək ki, dünən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əhaliyə 2 gün boyunca ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun 10 dərəcə aşağı düşəcəyi, güclü külək əsəcəyi haqda xəbərdarlıq edilib. Bu səbəbdən ölkə ərazisində olan təhsil ocaqlarında dərslər təxirə salınıb, əhaliyə ehtiyac olmadıqca küçəyə çıxmamaq tövsiyə olunub.
Arzu
BakuPost