Türkiyədə hərbi məktəbdə partlayış olub.
BakuPost-un Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ankarada, Poladlı rayonundakı hərbi məktəbdə qeydə alınıb.
Məlumata görə, təlim zamanı baş verən partlayış nəticəsində 5 kursant yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib. Hadisə ilə bağlı Poladlı Cümhuriyyət Baş Prokurorluğu tərəfindən təhqiqata başlanılıb.