Türkiyəli rejissorun gömrükdəki - Görüntüləri

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə vətəndaşı Nihat Odabaşının Heydər Əliyev Beynəlxalq Aeroportundakı gömrük nəzarəti zonasında uzun müddət saxlanılması, əşyalarının qanunsuz yoxlanılmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
 
BakuPost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətinin yaydığı açıqlamada deyilir.
 
Məlumatda bildirilir ki, Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Nihat Odabaşına məxsus çamadanlarda geyim əşyalarının sayının çox olması ilə əlaqədar beynəlxalq təcrübəyə əsasən tətbiq edilən gömrük nəzarət qaydalarına görə həmin çamadanların yenidən yoxlanılması zərurəti yaranıb: "Bu barədə Nihat Odabaşına məlumat verilib və şifahi sorğu-sual zamanı həmin şəxs işgüzar səfərlə əlaqədar geyim əşyaları gətirdiyini və səfəri başa çatdıqdan sonra həmin geyim əşyalarını özü ilə geriyə aparacağını bildirib. Bu halda ona gömrükçülər tərəfindən qanunvericiliyin tələbləri izah olunub və həmin geyim əşyalarını Azərbaycanın gömrük sərhədindən keçirmək üçün "müvəqqəti idxal bəyannaməsi"nin tərtib olunaraq gömrük orqanına təqdim edilməsinin zəruriliyi barədə məlumat verilib. Qonaq gömrükçülərin qanuni tələblərinə hörmətlə yanaşaraq qanunvericiliyin tələblərini yerinə yetirib və 20-25 dəqiqə ərzində gömrük zonasını tərk edib. Ancaq bir sıra kütləvi informasiya vasitələri DGK tərəfindən dəfələrlə xahiş, tövsiyə, tələb və xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir əsas və ya fakt olmadan ölkənin strateji dövlət qurumlarından biri və onun əməkdaşlarının fəaliyyəti barədə qarşı tərəfin rəsmi mövqeyini öyrənmədən həqiqətə uyğun olmayan məlumatlar yayıblar".

DGK bir daha media qurumları və onların əməkdaşlarına komitənin fəaliyyətinə aid məlumatları rəsmi mövqe öyrənməklə yayımlamağı tövsiyə edir.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər