Ru
11:43 / 30 Noyabr 2017

Türkiyənin qədim şəhərində “Qarabağ” parkı salınacaq

1319
Samsunda konfrans keçirmək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Samsun, Bafra bələdiyyə başqanı Zihni Şahin ilə görüşüb.

 

BakuPost.az xəbər verir ki, Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb. O təklif edib ki, Bafranın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə "Qarabağ” adının verilməsini təıklif edib. Qənirə xanım  bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Bafrada Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb.

 

 Azərbaycanı çox sevdiyini deyən Bafra bələdiyyə başqanı Zihni Şahin Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, ölkəmizlə bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Bafrada Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

 

 Bafra bələdiyyə başqanı Zihni Şahinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Turan yolçusu" və "Aşk yolçusu” kitablarını hədiyyə edən Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Türkiyənin qədim şəhərində “Qarabağ” parkı salınacaq
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər