Ukrayna Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi

320
"Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir".

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bildirib.

"Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, –  nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri həmçinin region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platform olaraq qaldığını diqqətə çatdırıb. (Report)
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər