Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:19 / 07 Fevral 2019

Ukrayna səfiri Azərbaycanı tərk edir

3125
 


Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.


XİN-dən BakuPost-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib. 


Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusi qeyd edib və təşəkkürünü bildirib. Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar