Ukrayna səfirliyinin Olqa müəmması - Səfirlik təkzib etdi, yeni VİDEO yayıldı

1118
Bir neçə gün öncə mətbuatda Azərbaycanın Ukraynadakı səfirliyində Olqa adlı ukraynalı xanımın məskunlaşdığına dair məlumat yayılmışdı. Düzdür, bu barədə aylar əvvəl də müəyyən informasiyalara rast gəlinirdi. Qeyd olunurdu ki, Olqa adlı xanım səfirlikdə hər hansı görəv tutmadığı halda, diplomatik missiyamızın binasında əsas sakinlərdən biridir və üstəlik dilomatik qeydiyyat nişanı olan avtomobil idarə edir. Məlumatlarda həmçinin Olqanın səfirliyimizdə öz övladları ilə birgə yaşadığı bildirilirdi. Onun iki qızı və David adlı azyaşlı oğlu var. 

Bu məlumatlar yayılandan sonra Azərbaycanın Ukraynadakı səfirliyi Olqa adlı xanımın səfirliyə hər hansı aidiyyəti olmadığı barədə açıqlama yaydı. İddia olundu ki, məlumatlar əsassızdır və səfirlikdə Olqa adında xanım heç vaxt olmayıb. Səfirlikdən iddia etdilər ki, yayılmış xəbərlər uydurmadır, Olqa adlı xanımı tanımırlar. Səfir A.Xudiyevin özü isə "mən boş və mənasız suallara cavab vermirəm” demişdi.

BakuPost xəbər verir ki, XəzərNews.az saytı bu gen yeni video yayıb. Səfirliyin həyətində çəkilmiş videoda Olqa adlı xanımın səfirliyin ərazisinə daxil olduğu, əvvəlcə uşaqla birgə dayənin, sonra isə özünün binaya keçdiyi əks olunub. Görüntülərdəki avtomobil diplomatik qeydiyyat nişanı olan (DP 041006) və Olqa adlı xanım tərəfindən idarə olunan "Şkoda SitiGO”dur. Bu avtomobil bir müddət əvvəl Kiyevdə soydaşlarımızın kamerasına tuş gəlmişdi. Sükan arxasında yenə də Olqanın özü idi. Həmin görüntüləri də təqdim edirik:

 
Artıq təkzibolunmaz faktdır ki, Olqa adlı xanım səfirliyimizdə yaşayır və artıq heç kəs onun varlığını inkar edə bilməz. Ümid edirik ki, Azərbaycanın Ukraynadakı səfriliyi artıq Olqanın gerçək kimliyini açıqlayacaq. Hər halda, ictimaiyyət üçün maraqlıdır, bu xanıma kim səlahiyyət verib ki, heç bir rəsmi vəzifəsi olmadığı halda diplomatik nömrə ilə avromobil idarə edir? Onu səfirlikdə kim məskunlaşdırıb və hansı səbəbədən? Səfirlik bu xanımın varlığını niyə ciddi cəhdlə inkar etməyə çalışır?

Əldə olunan son məlumata görə, qırmızı rəngli Şkoda kamerala çox tuş gəldiyindən Olqa hazırda "Chevrolet” markalı avtomobil idarə edir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər