Ru
15:33 / 17 Oktyabr 2017

Ukraynada azərbaycanlı jurnalistə hökm oxundu

885
 

Ukraynada saxlanılan azərbaycanlı jurnalist Fikrət Hüseynliyə hökm oxunub.


BakuPost.az xəbər verir ki, Borispol Məhkəməsinin qərarı ilə jurnalist 18 gün müddətinə həbs edilib. 


H. Hüseynlinin vəkil Dmitri Mazurok qərardan apellyasiya şikayəti veriləcəyini bildirib. 


Xatırladaq ki, 41 yaşlı jurnalist oktyabrın 14-də Ukraynanın Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb.


Yaxınlarının verdiyi məlumata görə, Azərbaycanda ona qarşı CM-in 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalistin həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər