Ru
00:34 / 15 Oktyabr 2017

Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/ FOTOLAR

7457
Azərbaycanda qəribə tibbi anomaliya ilə uşaq doğulub. Büzdüm sümüyünün anadangəlmə böyük həcmli teratoması (coccugeal teratoma) ilə doğulan uşaq əməliyyat olunub, ondan  5 kiloqramlıq artıq şiş – teratoma çıxarılıb. 


Əməliyyatı icra edən uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov Medicina.az-a deyib ki, keysəriyyə üsulu ilə doğulmuş körpənin çəkisi 8 kiloqram olub. Cərrrahın sözlərinə görə, törəmə hələ ana bətnində ikən görülüb, müşahidə olunmuşdu: "Uşaq keysəriyyə üsulu ilə doğulub və ümumi çəkisi 8 kiloqram idi.  Bu anomaliya büzdüm sümüyü hüceyrələrinin miqrasiyasının pozğunluğu nəticəsində yaranır. Teratomanın tərkibində maye, tük, sümük, sərt toxuma olur. Bu xəstələr tez bir zamanda əməliyyat olunmalıdır. Əks-təqdirdə ölür. Əməliyyat zamanı 5 kiloqram çəkidə böyük şiş götürüldü. Arxa hissə və anus bərpa olundu”. 


Toğrul Ömərov qeyd edib ki, teratoma büzdüm sümüyünün altında düz bağırsağa çox yaxın yerləşirmiş: "Çətin yerləşməsinə baxmayaraq, sinirlər və düz bağırsaq qorundu. Hazırda körpənin sidik və nəcis ifrazı normaldır, yaşıdlarından fərqlənmir”.

 


Həkim bildirib ki, hazırda uşağın vəziyyəti normaldır.


 

Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/  FOTOLAR
Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/  FOTOLAR
Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/  FOTOLAR
Uşaq 5 kiloqramlıq şişlə doğuldu - Azərbaycanda qəribə tibbi anomaliya/  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər