“Uşaqlar oynamaq üçün otağa giriblər və partlayış olub” - Masallıdakı dəhşətli hadisənin TƏFƏRRÜATI

1292
Bu gün Masallı rayonunun Sığıncaq kəndində qaz sızması nəticəsində baş verən partlayışın təfərrüatları məlum olub. 

Sığıncaq kənd icra nümayəndəsinin müavini Seymur Yusifov BakuPost.az-a bildirib ki, partlayışda həyatını itirən 13 yaşlı Əli Müseyibov 4 gün əvvəl "104” xidmətinə zəng vuraraq evlərindən 3-4 metr kənardan keçən qaz borusunda sızma olduğunu deyib. 

Ancaq yolda qaz borusundan sızma aradan qaldırılmayıb. Partlayış isə yayılan məlumatların əksinə, qarajda deyil, qarajdan kənarda yerləşən üzəri panellə örtülmüş, kafel döşənmiş, divarları isə suvanmış 30 kv.m sahəsi olan otaqda baş verib: "Uşaqlar axşam partlayış baş verən otağa oynamaq üçün gediblər. İşığı yandıran zaman partlayış olub. Əgər əvvəllər otaqda sızma olsaydı və bu barədə məlumatlı olsaydılar, yəqin ki, anası uşaqları o otağa qoymazdı. Qaz sızması yoldakı qaz borusunda olub və 13 yaşlı Əli də yoldakı qaz sızması ilə bağlı "104” xidmətinə müraciət edibmiş. Uşaqların atası Rusiya vətəndaşıdır, hazırda Rusiyadadır, bu gün, ya da sabah gələcək. Uşaqların anası isə hazırda Bakıda xəstəxanadadır”.  

Qeyd edək ki, yayılan rəsmi məlumatda dünən Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verdiyi bildirilir. Hadisə nəticəsində bir ailənin iki üzvü - 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010 –cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və onların yaxın qohumu 2006-cı il təvəllüdlü Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib.  Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Əli Müseyibov dünyasını dəyişib. 

Məhəmməd Müseyibov və Sənan Kərimov bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır.

Azər
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər