Ru
22:14 / 16 Yanvar 2018

Xalq artisti xəstəxanaya yerləşdirildi

1435
Bu gün Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.


Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov Facebook hesabında yazıb. 


O bildirib ki, səhər saatlarında xəstəxanaya gətirilən aktrisaya ağ ciyər və ürək çatışmazlığı diaqnozu qoyulub.


Məsələ ilə bağlı 1 saylı klinik xəstəxananın reanimasiya şöbəsi ilə əlaqə saxladıq. Şöbədən verilən məlumata görə, Xalq artistinin vəziyyəti stabildir:


"Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki stabildir. Daha ətraflı məlumatı sabah verə biləcəyi”


Qeyd edək ki, Böyükxanım Əliyeva Cəfər Cabbarlının "Aydın” pyesindəki "Gültəkin” və digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər