Ru
14:50 / 15 Noyabr 2018

Xaricdən gətirilən avtomobillər bahalaşacaq - Aksiz dərəcələri artırılır

3680
Gələn ildən xaricdən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq edilən aksiz dərəcələri artırılacaq. 


BakuPost-un məlumatına görə, bu, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisə təqdim olunan qanun layihəsində əksini tapıb. 


Hazırda mühərrikinin həcmi 2000 kubsantimetrədək olan minik avtomobillərinin mühərrikinin həcminin hər kubsantimetrinə görə 20 qəpik aksiz vergisi alınır. Bu minik avtomobillərinin mühərrikinin hər kubsantimetrinə görə aksiz dərəcəsi 30 qəpiyə qaldırılır. Başqa sözlə, tutaq ki, indiyə qədər  mühərrikinin həcmi 2000 kubsantimetr olan minik avtomobilləri üçün 400 manat aksiz vergisi ödənirdisə, gələn il yanvarın 1-dən bu, 600 manat olacaq.  


Hazırda mühərrikinin həcmi 3000 kubsantimetrədək olan minik avtomobillərinə görə  400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz vergisi alınırdısa, gələn ildən bu minik avtomobilləri üçün 600 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat aksiz vergisi alınacaq. 


Həcmi 4000 kubsantimetr və daha böyük həcmə malik minik avtomobillərinə tətbiq ediləcək aksiz dərəcələri bu avtomobillərin daha çox bahalaşmasına səbəb olacaq. İndiyə qədər mühərrikinin həcmi 4000 kubsantimetrədək olan minik avtomobillərinə görə 3400 manat və əlavə olaraq  mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz vergisi alınırdısa, gələn ildən bu minik avtomobilləri üçün 5600 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə  13  manat aksiz vergisi alınacaq. Başqa sözlə, əgər indiyə qədər  mühərrikinin həcmi 4000 kubsantimetr olan minik avtomobili üçün 11 400 manat aksiz vergisi alınıbsa, gələn ildən bu məbləğ 18 600 manat olacaq. 


Hazırda mühərrikinin həcmi 5000 kubsantimetrədək olan minik avtomobillərinə görə 11400 manat və əlavə olaraq  mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz vergisi alınırdısa, gələn ildən bu minik avtomobilləri üçün 18600 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat aksiz vergisi alınacaq. Yəni həcmi 5000 kubsantimetrədək olan minik avtomobillərinə görə aksiz vergisi  31400 manatdan 53600 manata qalxacaq. 


İndiyə qədər mühərrikinin həcmi 5000 kubsantimetrən çox olan minik avtomobillərinə görə 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000  kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz vergisi alınırdısa, gələn ildən bu minik avtomobilləri üçün 53600 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox  hissəsi üçün hər kubsantimetrə görə 70 manat aksiz vergisi alınacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər