Ru
15:51 / 18 Noyabr 2017

Xəstənin gözünə düşəni görüb, həkimlər əməliyyatxananı boşaltdılar

2035
Həkimlər Kolumbiyada göz travması ilə təcili xəstəxanaya çatdırılan əsgəri əməliyyat etməkdən imtina ediblər.


Medicina.az xəbər verir ki, onlar xəstənin gözünün rentgenini çəkən mütəxəssislər dərhal əməliyyatxananı boşaldıblar. Heç kim əsgərə yaxın durmaq istəməyib. Buna səbəb isə pasiyentin gözündə əl qumbarasının yerləşməsi olub. 


Həkimlər qumbaranın hər an partlayacağından ehtiyat edib, onu xəstəxanadan çıxarıblar. Qumbara zərərsizləşdirmə əməliyyatı bomba zərərsizləşdirənlərin də iştirakı ilə yaxınlıqdakı avtobus qarajında həyata keçirilib. Əməliyyat uğurla baş tutub. 


Əsgər əməliyyatdan sonra sağ qalıb, amma bir gözündə görmə problemi yaranıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər