Ru
21:35 / 16 Fevral 2019

XİN rəhbəri ABŞ rəsmisi ilə Qarabağdan danışdı

3243
Münhen Təhlükəsizlik
Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik
Şurasında baş direktor Fiona Hill ilə görüşüb. BakuPost-un Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, tərəflər Amerika Birləşmiş Ştatları və Azərbaycan
arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr
aparıb.

 

 

 
 
Nazir Elmar Məmmədyarov
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar
prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin
həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulanıb.

 

 
  Görüş zamanı tərəflər
arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər
üzrə fikir mübadiləsi baş tutub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər