Ru
14:11 / 07 Dekabr 2017

Xırdalanda binada partlayış - Zəhərlənənlər var/ VİDEO

6118
Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən binada partlayış olub.


BakuPost.az xəbər verir ki, partlayış elektrik şitində qeydə alınıb. Partlayış nəticəsində evlərə tüstü dolub,  bir neçə nəfər zəhərlənib. 


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi çağırılıb. Nazirlik əməkdaşları gələnə kimi polis işçiləri təcili olaraq əhalini evakuasiya etməyə başlayıb. 


Partlayışın baş verməsinə səbəb binaya qazın verilməməsi olub. Belə ki, qazın olmaması səbəbindən əhali elektrik enerjisindən daha çox istifadə edir.

 

Yüklənmə isə elektrik şitinin partlamasına səbəb olub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər