Xırdalanda yataqxana yandı - Sakinlər təxliyə olunub/ YENİLƏNİB

254
Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən "BakuPost”a verilən məlumata görə, hadisə şəhərdəki şəhərində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. 
 
Hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
11:28 
***

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən "BakuPost"a verilən məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər